Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən ayrılıb
Əfqan Həmzəyev Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən ayrılıb.
Bu barədə "Report"a açıqlamasında sabiq hakim özü bildirib.
O, idmandan fərqli sahədən iş təklifi aldığı üçün belə qərar verdiyini deyib:
"Artıq bir həftədir ki, ayrılmışam. Başqa işə keçməyimlə əlaqədar öz istəyimlə istefa vermişəm. Yeni işim fərqli sahə üzrədir, idmanla bağlı deyil. Ancaq paralel olaraq idmanda da qalacağam. Hazırda futzalda hakim-inspektor kimi fəaliyyət göstərirəm".
Qeyd edək ki, Ə.Həmzəyev 2023-cü ildən Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru idi.
"Ağcabədi rayonu" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər